
Two Heroes Azərbaycan nağıllarının motivləri əsasında hazırlanmış oyundur. Oyunda iki personajla oynayırsınız və oyun zamanı onların arasında keçid edə bilirsiniz. Məqsədiniz düşmənləri məğlub etmək və macəranın sonuna çatmaqdır.
Hekayədə Məlikməmməd və Cırtdan kimi Azərbaycan folklorunun tanınmış personajları yer alır və məşhur nağıllar interaktiv formata gətirilir. Bu layihə Azərbaycan folklorunun video oyunda təqdim edilməsinin erkən nümunələrindən biridir və yerli hekayələri daha geniş auditoriyaya tanıtmağı hədəfləyir. Oyun mobil cihazlar üçün hazırlanıb və geniş oyunçu kütləsi üçün əlçatan olub.
Oyunun xüsusiyyətləri
- Gameplay zamanı personajlar arasında keçid. Bir personaj yaydan istifadə edir, digəri isə qılıncla döyüşür.
- Folklor mühitlərindən ilhamlanan müxtəlif məkanlar.
- Müxtəlif düşmənlər.
- Oyun bir neçə dildə mövcuddur: ingilis, rus və azərbaycan dillərində.