
Şirkətimiz 2025-ci ildə GameDev Outreach Initiative layihəsini həyata keçirdi. Bu təşəbbüs çərçivəsində universitetlərdə və müxtəlif qurumlarda tədris tədbirləri təşkil etdik, oyun tərtibatı, müasir texnologiyalar, mövcud alətlər və sənayenin həm yerli, həm də qlobal perspektivləri haqqında biliklər paylaşdıq.
Ölkə üzrə 10 universitetdə təqdimatlar keçirərək gələcək mütəxəssislərə praktiki bilik və real sənaye təcrübəsi təqdim etdik. Bu təşəbbüs oyun sənayesinin inkişafını dəstəkləməyə və yeni nəsil developer-lərin formalaşmasına yönəlib.
Gələcəkdə bu işi davam etdirməyi və genişləndirməyi, daha çox qurum və iştirakçıya çatmağı planlaşdırırıq.