
Janr: First Person Shooter
Oyun mühərriki: Unreal Engine 4
Platformalar: PC
Evade The Light qaranlıq sci-fi FPS oyunudur. Baş qəhrəman sirli anomal zonada keçmişinin sirlərinə cavab tapmalı və eyni zamanda orada yaşayan canavarlarla döyüşməlidir.
Süjet
Azərbaycan, yaxın gələcək. Ölkənin az məskunlaşmış dağlıq rayonlarından birində paranormal hadisə baş verir. Bu hadisə ərazidəki bütün canlılara təsir edir və insanların təbiət qanunları haqqında təsəvvürlərini tamamilə dəyişir.
Hökumət panikanın yayılmasının qarşısını alır, lakin anomaliyanı öyrənməkdə uğur qazana bilmir: göndərilən alimlərin hamısı izsiz yoxa çıxır.
Bu sirri açmaq üçün son ümid sizsiniz. Nə qədər təcrübəli olsanız da, rahatlaşmaq olmaz: qaranlıqda nəyin gizləndiyini heç kim bilmir.
Oyun xüsusiyyətləri
1. Başdan sona araşdırıla bilən açıq dünya
2. Avropa ilə Asiyanın kəsişməsində, Azərbaycanda yaranmış Anomaliyanın sirləri
3. Zonanı özü sizə qarşıdır: ruhlar, canavarlar və daha qorxulusu - zaman
4. Paralel dünyalara səyahət və onların Qoruyucuları ilə qarşılaşma
5. Qəhrəman müdafiəsiz deyil: bacarıqların inkişafı və qabaqcıl hərbi texnologiyalar var
Minimum sistem tələbləri
OS: 64-bit Windows 7 / 8 / 8.1 / 10
CPU: Intel Core i5 @ 3.3 GHz və ya daha yaxşı
RAM: 6 GB
GPU: NVIDIA GeForce GTX 1050Ti (4GB), GTX 1060 (3GB), GTX 1650 (4GB)
DirectX: Version 11